Eyni anda 8 qadınla evlənən fenomen dördünü boşayıb - Yeni həyat yoldaşlarını axtarır + FOTO
Dünyada çoxarvadlılığın ən məşhur nümayəndələrindən sayılan braziliyalı fenomen Artur O Ursonun evlilikkəri üzərində qara buludlar dolaşır.
Sfera.az bildirir ki, ötən aylarda eyni vaxtda səkkiz qadınla evlənən Urso dörd həyat yoldaşından boşandığını açıqlayıb.
O, yeni həyat yoldaşı axtarmağa başlayıb. Artur Braziliyanın San-Paulu şəhərində kilsədə eyni vaxtda səkkiz qadınla evlənərək dünya gündəmini zəbt etmişdi. Əvvəlki açıqlamalarında birdən çox həyat yoldaşının olmasının çətinliklərini dilə gətirən 36 yaşlı fenomen eyni anda səkkiz qadınla yaşamaq üçün eşq malikanəsi satın almışdı.
Urso işlərin planlaşdırdığı kimi getmədiyini deyib. Bəzi həyat yoldaşlarının evliliklərində bəzi vəziyyətləri qəbul edə bilmədiklərini dilə gətirən Urso : “Biz monotonluğun qarşısını almaq üçün bəzi işlər gördük. Amma xırda mübahisələr oldu və biz ayrılmaq üçün ortaq razılığa gəldik. Sülh içində bitirdik” - deyib.
Dörd həyat yoldaşından boşandıqdan sonra Urso evliliklərinə qatılmaq üçün yeni adamlar axtardıqlarını etiraf edib.
Çoxarvadlılığın onun üçün xüsusi bir məna daşıdığını izah edən Urso: “Bunun nə vaxt olacağını və yenidən evlənəcəyimi bilmirəm, amma daha çox qadın istəyirəm. Yeni həyat yoldaşlarımı axtarıram”- deyə bildirib.
Aynil
Sfera.az