Xalq artisti və həmkarı uşaq alverində İTTİHAM OLUNUR - FOTO

Xalq artisti və həmkarı uşaq alverində İTTİHAM OLUNUR - FOTO

Rusiyanın Xalq artisti Filipp Kirkorovla həmkarı Sergey  Lazarevi uşaq alverində ittiham ediblər. 

 

Sfera.az xəbər verir ki, Dövlət Dumasının deputatı Nina Ostanina qeyd edib ki, Rusiyada uşaq alveri qadağandır. 

 

Bununla əlaqədar o, məşhur ifaçılara müraciət ünvanlayıb. 

 

"Mən Kirkorova və Lazarevə qarşı deyiləm, qoy yaşasınlar, oxusunlar və sağlam olsunlar. Mən ailələrdə uşaq sahibi olmağın qeyri-ənənəvi üsulunun təbliğinin əleyhinəyəm. Lazarev də Kirkorov kimi övlad sahibi ola bilməyiblər. Onlar isə öz uşaqlarını "ala biləcək"lərini nümayişkaranə göstərirlər. Bu, qeyri-ənənəvi dəyərlərin təbliğidir" deyə Ostanina "Radiotochka NSN"ə müsahibəsində bildirib. 

 

Ostaninanın sözlərinə görə, surroqat anaların pullu xidmətləri uşaq alveri kimidir.

 

Eyni zamanda, deputat səhhətinə görə uşaq sahibi ola bilmədiyi üçün bu üsula əl atan cütlüklərə necə münasibət bəslədiyini açıqlamayıb.  

 

Qeyd edək ki, 55 yaşlı Filipp Kirkorovun surroqat ana vasitəsi ilə iki övladı - 10 yaşlı Martin adlı oğlu və Alla-Viktoriya adlı qızı var. Sergey Lazarev də surroqat ana vasitəsi ilə iki övlada sahiblənib. Müğənni 2013-cü ildə ilk dəfə ata olub. O, doğulan oğlan övladına Nikita adını verib. 2018-ci ildə isə Lazarev qız atası olub. Sergey qızına Anna adını verib.

 

(bizim.media)


OXŞAR XƏBƏRLƏR

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

Ağdamda baş vermiş yol qəzasında yaralanan şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.   Sfer.az xəbər verir ki, onların kimliyi mə...

Dünyada ilk tək: Hibrid fil nə vaxt doğuldu və ona nə oldu?

Hələ 1978-ci ildə Böyük Britaniya zooparkında bənzərsiz bir fil balasının doğulması genetik unikallığı ilə bütün dünyanın diqqətini çəkmişdi. O, müxtəlif növlər...

İstanbulda görüşə bilərlər

“Rusiya və Ukrayna İstanbulda görüşmək niyyətlərini bəyan edirlər. Tramp da bu prosesdə maraqlıdır. Üç liderin İstanbulda görüşəcəyinə inanıram”. ...

"Neftçi" Yunanıstan klubu ilə qarşılaşacaq

“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirəcək.   Sfera.az xəbər verir ki, bu barədə klub...

Tovuzda əkin sahələrini yandıran şəxslər SAXLANILDI

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.   ...

Ağdamdan sonra Laçından ACI XƏBƏR GƏLDİ - Ölənlər və yaralanan var

Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.   Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarakeçdi...