56 yaşlı Xalq artistinin pilates şousu... - FOTO
Xalq artisti Məleykə Əsədova pilates etdiyi anları paylaşıb. Sfera.az xəbər verir ki, aktrisa instaqram istifadəçiləri ilə sağlam və gözəl qalmağın sirlərini bölüşüb: “Əzizlərim, çox sual verirsiz ki, necə edirsiz belə cavan və gözəl qalırsız. Gözəllik öncə daxildən gəlməlidir, zehninizi və düşüncələrinizi sağlam saxlayın! Dediqodudan uzaq olub, Allahın bəxş etdiyi hər saniyəyə şükür edib işinizlə, ailənizlə,məşğul olub, təbiətdə, ətrafımızda olan gözəllikləri görə bilsək, üzümüzə nur gələcək!