İzləyiciləri Acunun keçmiş həyat yoldaşının şəxsi həyatını izləmək üçün PUL ÖDƏYƏCƏKLƏR

İzləyiciləri Acunun keçmiş həyat yoldaşının şəxsi həyatını izləmək üçün PUL ÖDƏYƏCƏKLƏR

Türkiyəli fenomen Şeyma Subaşının son addımı müzakirə obyekti olub.

 

Sfera.az bildirir ki, fenomen müəyyən məbləğ qarşılığında sosial şəbəkə hesabında şəxsi həyatı ilə bağlı paylaşımlar edəcək. Məlumata görə, texnologiya şirkətlərindən biri sosial media istifadəçilərinə abunə hüquqları verməyə başlayıb. Türkiyədə tətbiqi istifadə edən ilk şəxslərdən biri isə Şeyma Subaşı olub. Fenomenin şəxsi həyatını izləməyin aylıq xərci isə 60,99 türk lirəsi müəyyən edilib.

 

Qeyd edək ki, misirli iş adamı Məhəmməd Əlsaloussi ilə uzun müddətdir sevgili olan Şeyma Subaşı evliliyə hazırlaşır. Fenomen gəlinliyi və digər detallarla bağlı İnstaqram hesabında ara-sıra paylaşımlar edir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR