"Bir həftədir ürəyini, damarını yoxlatdırmayan varsa, mütləq yoxlatdırsın"

Kateqoriya məlum deyil
T
Türkiyəli məşhur komediyaçı Cem Yılmaz keçirdiyi ağır infarktdan sonra sosial media hesabında paylaşım edib.
Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi səhhətinin yaxşı olduğunu bildirib. O, siqareti tərgitdiyini və artıq çəkidən xilas olduğunu qeyd edib:
"Bəli, siqareti atdım, çəkimi azaltdım.
İstədiyiniz hər şeyi etdim. İndi növbə cəmiyyətdədir. Görək, cəmiyyət də mənim istəklərimi yerinə yetirəcəkmi? Bəli, söz səndədir. Allaha şükür, səhhətim yaxşıdır. Yenidən əməyi və arzusu ilə dəstək olan hər bir sevənimə təşəkkür edirəm. Məni yenə xilas etdiniz. Bir həftədir ürəyini, damarını yoxlatdırmayan varsa, mütləq yoxlatdırsın. Damar çox önəmlidir".





