Logo

Yıldız Tilbe pulunu payladı: "Məni günaha batırırsınız”

Yıldız Tilbe pulunu payladı: "Məni günaha batırırsınız”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni Yıldız Tilbe bank hesabındakı milyonlarla lirənin özündən xəbərsiz faiz hesabına yatırıldığını öyrəndikdən sonra sərt reaksiya verib. Sənətçi faiz gəlirini qəbul etməyərək həmin pulu ehtiyac sahiblərinə paylayıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin “Gel Konuşalım” proqramının şərhçilərindən Seray Sever canlı yayımda danışıb.

Severin sözlərinə görə, bank əməkdaşı Yıldız Tilbenin hesabında olan milyonlarla lirəni onun xəbəri olmadan faizli əmanətə yerləşdirib. Vəziyyətdən xəbər tutan müğənni isə buna etiraz edib.

“Mən bu pulu götürmərəm, məni günaha batırırsınız”, - müğənni deyib.

Seray Severin sözlərinə görə, Yıldız Tilbe faizdən əldə edilən gəliri özünə götürmək istəməyib. Müğənni pulu paylamaq üçün kisələr hazırlayıb və vəsaiti ehtiyac sahiblərinə şəxsən çatdırıb.

O, Qəzzada həyata keçirilən çadır şəhərciyi layihəsinə etdiyi böyük ianə ilə də gündəmə gəlib. Məlumata görə, Yıldız Tilbe layihəyə 300 min dollar, yəni təxminən 13 milyon türk lirəsi (445 900 Azərbaycan manatı) bağışlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR