Prokuror əməkdar artistin qardaşına iş istəyib
Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxasov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. Prokuror Fuad Məmmədzadə, Ramil Əsirov və Elmir Alxasovun 20 il, Abbas Hümmətovun 19 il 6 ay, Elmir Əsədovun 18 il və Cavid Alxasovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə,