Toyda oğurluq edən şəxs tutuldu - Video

Toyda oğurluq edən şəxs tutuldu - Video

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində ictimai iaşə obyektləri, restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində qonaq kimi iştirak edən insanların mobil telefonlarını gizli yolla oğurlayaraq onlara ziyan vuran əvvəllər məhkum olunmuş Elman Ələkbərov saxlanılıb. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun ayrı-ayrı vaxtlarda şəhər ərazisində yerləşən şadlıq evlərində keçirilən toy məclislərində 11 nəfərin mobil telefonunu oğurladığı məlum olub.

E.Ələkbərov oğurladığı mobil telefonların bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Elman Ələkbərovun bu qanunsuz əməlləri şadlıq evlərinin müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Sumqayıt ŞPİ-nə və 1-ci PB-nə müraciət edə bilərlər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İdman tarixini kökündən dəyişən atlet KİMDİR?

Bu gün sizə uğursuzluğundan asılı olmayaraq, yüzlərlə dəfə cəhd edib uğursuzluğa düçar olmuş və nəhayət öz metodunu tapan böyük bir idmançının hekayəsini təqdim...

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...