Məhkum olunmuş sürücü gənc ananı öldürüb

Məhkum olunmuş sürücü gənc ananı öldürüb
Kateqoriya məlum deyil
T

Dünən 29 yaşlı ananın ölümünə səbəb olan avtobus sürücüsünün əvvəllər də məhkum olunduğu üzə çıxıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, dünən Yasamal rayonu A.Şərifzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsini törədən şəxs tutulub.

Sentyabrın 14-də saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində "Daevoo” markalı avtobus dayanacaqda uşağı ilə birgə dayanmış Bakı şəhər sakini 29 yaşı Günel Əsgərovanı vurub. Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada dünyasını dəyişib.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub.

Sfera.az

PAYLAŞ