Gəlin sərxoş qayınatasını öldürdü
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Sfera.az APA-ya istinadən xəbər verir ki, 12 iyun tarixində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfzələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib. Ə.Səmədovun yaxınlarının verdiyi məlumata görə, guya Ə.Səmədov intihar məqsədilə özü özünü bıçaqlayıb. Ancaq Binəqədi rayon Prokurorluğunun apardığı