Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb
12:12 / 18.06.2019
2373
Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən veriləın məlumata görə, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.
Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.
Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır.