Logo

Avtomobildə narkotik daşıyan şəxs saxlanılıb

Avtomobildə narkotik daşıyan şəxs saxlanılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus " Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı X.İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi ərazisində yetişdirdiyini bildirib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR