Bakıda atasını baltalayan qadın psixoloji müalicə alacaq - MƏHKƏMƏ
Bakıda atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın barəsində olan apellyasiya şikayətinə baxılıb. Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, təqdimat təmin olunub. Xatırladaq ki, A.Həbibova Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cinayət məsuliyyətindən azad olunub, ümumi tipli psixiatriya stasionarında