Logo

Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto

Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 4-də Tovuz rayon Polis Şöbəsinə  müraciət edən rayonun Xatınlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının  və nağd pulun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə  istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bibisinin evindən 20 minlik oğurluq etdi - Foto
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR