Logo

Bakıda naməlum şəxslər damdan mağazaya girərək beş min manatlıq paltar oğurladılar

Bakıda naməlum şəxslər damdan mağazaya girərək beş min manatlıq paltar oğurladılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Xəzər rayonunun Binə qəsəbəsində mağazadan oğurluq edilib.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Ticarət obyektinin sahibi Fazil Məmmədov 3-cü polis şöbəsinə şikayət edərək,  oğurluq edənlərin mağazanın damından girib 5 000 manat dəyərində paltar oğurladıqlarını deyib.

Bundan əlavə, paytaxtın Binəqədi rayonunda İlqar Kərimova məxsus evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrunun evə pəncərədən girdiyi bildirilib.

Faktlarla bağlı hələlik heç kim tutulmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR