Bu il xaricdən 48 nəfər tutularaq Azərbaycana gətirilib - Rəsmi
2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan 48 nəfərin xarici ölkələrdən Azərbaycana gətirilməsi təmin olunub. Sfera.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib. Bildirilib ki, 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərindən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər