31 yaşlı Rasif niyə qətlə yetirildi? - Hadisənin TƏFƏRRÜATI + VİDEO

31 yaşlı Rasif niyə qətlə yetirildi? - Hadisənin TƏFƏRRÜATI + VİDEO
Kateqoriya məlum deyil
T

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsi, 91 ünvanında qeydə alınıb.

Məlumata görə, 31 yaşlı Rasif Abdullayev tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirilib və o, hadisə yerində ölüb.

Mərhumun qohumu Vüsal Abdullayev Baku TV-yə hadisə barədə danışıb.

"Rasifin adı indiyədək heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada münaqişə olduğunu görüb və maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub - biri ürəyindən, digəri isə ciyərindən", - deyə o bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıblar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR