DİN: İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub

Kateqoriya məlum deyil
T
Polis əməkdaşlarının avqustun 20-də keçirdiyi tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 6 nəfər tapılıb, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.






