Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var

Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var
Kateqoriya məlum deyil
T

Bakının Suraxanı rayonunda ov silahı ilə insident törədilib.

Sfera.az xəbər verir ki, hadisə avqustun 20-si saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

44 yaşlı Ceyhun Aşrafov münaqişə zəminində ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsə xəsarət yetirib. O xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C. Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./lent

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR