Kişi parkda arvadını qətlə yetirdi

Kişi parkda arvadını qətlə yetirdi
Bərdə rayonunda kişi parkda arvadını öldürüb.

Sfera.az xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Rayonun Muğanlı kənd sakini, təxminən 25 yaşında olan Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR