“İsgəndər”in qalıqları niyə gec tapıldı? - PREZİDENT AÇIQLADI

“İsgəndər”in qalıqları niyə gec tapıldı? - PREZİDENT AÇIQLADI
"Xocalı soyqırımını törədən, əli dinc azərbaycanlıların qanına batmış Sarkisyan qaz kəmərlərimizi vurmaq üçün "İsgəndər”dən istifadə etmədiyinə görə Paşinyanı tənqid edib. Bu, hərbi cinayətdir”.

Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Movsesyan "İsgəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib: "Sonra isə "İsgəndər”dən istifadə edilməsinin videogörüntüsünü əldə etdik. Mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq”.

Prezident "İsgəndər” raketinin qalıqlarının tapılmasından sonra baş verənlərin qəribə olduğunu da vurğulayıb. Bildirib ki, Ermənistanın Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib: "Bunu necə başa düşə bilərik? Cavab ya "hə”, ya da "yox” olmalıdır. Əlbəttə, "hə”. Belə olmasaydı, "İsgəndər”dən istifadə etmədiklərini deyərdilər”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Prezident: "Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.   Sfera.az xəbər verir ki, bu sözləri Azə...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...