Logo

Azərbaycana gələn turistlərin sayı azalıb

Azərbaycana gələn turistlərin sayı azalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 80,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,6 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,8 faizi İsrail, 3,5 faizi Pakistan, 3,0 faizi Özbəkistan, 2,9 faizi Çin, 2,7 faizi Hindistan, 2,2 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1,0 faizi Belarus, 12,5 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9 faiz artaraq 111,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,5 faiz artaraq 781,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,5 faiz azalaraq 241,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,1 faiz azalaraq 946,3 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR