Logo

Almaniya irəlilədi, Fransa gerilədi: Avrozonada son vəziyyət

Almaniya irəlilədi, Fransa gerilədi: Avrozonada son vəziyyət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avrozonada özəl sektorun iqtisadi fəallığı noyabr ayında artımını davam etdirib.

Sfera.az bildirir ki, buna Almaniya iqtisadiyyatının gözləniləndən daha yaxşı nəticələr göstərməsi və Fransadakı zəifliyi kompensasiya etməsi səbəb olub.

Bloomberg-in məlumatına görə, S&P Global tərəfindən hesablanan kompozit Satınalma Menecerləri İndeksi (PMI) noyabrda 51,7 səviyyəsində qalıb. Göstəricinin 50 bənddən yuxarı olması iqtisadi fəallığın artdığını göstərir.

Fransada büdcə ilə bağlı narahatlıqlar və qarşıdan gələn seçkilər iqtisadi artıma mənfi təsir edib. Ölkədə biznes fəallığının azalması gözləniləndən daha ciddi olub.

Almaniyada isə əksinə, iqtisadi göstəricilər proqnozları üstələyib. Buna iqtisadiyyatın bərpası üçün dövlət xərclərinin artırılması mühüm təsir göstərib.

Məlumata görə, Avrozona İranla müharibə, ABŞ-nin gömrük rüsumları və ekstremal hava şəraiti kimi mənfi amillərə baxmayaraq iqtisadi dayanıqlığını qoruyur.

Yaxın Şərqdəki hərbi əməliyyatların yaratdığı inflyasiya təzyiqlərinə rəğmən, Avropa Komissiyası Avrozonada iqtisadi artımın bu il 1,2 faizə çatacağını proqnozlaşdırıb. Eyni artım tempinin 2027-ci ildə də qorunacağı gözlənilir.

Qeyd edək ki, oktyabrda Avrozonada və Avropa İttifaqında inflyasiya 4 faizə yüksəlib. Sentyabrda bu göstərici 3,8 faiz təşkil edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR