Azərbaycanda qızıl kəskin ucuzlaşdı – SON QİYMƏTLƏR
Dünya bazarında qızılın qiymətində son aylarda müşahidə olunan azalma yeni mərhələyə qədəm qoyub. Qızıl fyuçerslərinin qiyməti 2 sentyabr 2025-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 3 550 dollar həddindən aşağı düşüb. Qlobal bazarda baş verən bu ucuzlaşma normal olaraq Azərbaycanda da qızıl və ondan hazırlanan zinət əşyalarının qiymətinə təsir edir.
Sfera.az xəbər verir ki, Azərbaycanda xalis qızılın bir qramının dəyəri 2026-cı ilin sentyabrın əvvəlində 242 manat olub.
Noyabrın 20-də qızılın dəyəri 193 manata düşüb. Qısa müddətdə xalis qızılın qramı 49 manat və ya 20% dəyər itirib.
Qeyd edilən müddətdə 750 əyyar (italyan) qızılın qiyməti 182 manatdan 145 manata, 585 əyyar (türk) qızılın dəyəri 142 manatdan 113 manata geriləyib.
Son günlərə aid olan məlumata əsasən, sadə, daşsız zinət əşyalarının pərakəndə satış qiymətləri bir qədər fərqlidir. Belə ki, türk qızılının qramı 150-170 manata, italyan qızılının qiyməti isə 190-220 manata satılır.
Beləliklə, qızılın və ondan hazırlanan zinət əşyalarının qiymətində son 2 ayda təxminən 20 faiz azalma var. Bu o deməkdir ki, iki ay əvvəl 5 min manata olan bir zinət dəstini hazırda 4 min manata almaq mümkündür.
İradə Elsevər
Sfera.az





