Logo

Çoxuşaqlı ailələrə SEVİNDİRİCİ XƏBƏR – Yeni güzəştlər və müavinətlər

Çoxuşaqlı ailələrə SEVİNDİRİCİ XƏBƏR – Yeni güzəştlər və müavinətlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda demoqrafik vəziyyət, doğum səviyyəsi və ailələrin sosial təminatı məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Gələn ildən uşağın doğulmasına görə birdəfəlik müavinətin 600 manatdan 1500 manata, üç yaşınadək uşağa qulluğa görə aylıq ödənişin isə 100 manata çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, çoxuşaqlı ailə statusunun meyarlarının dəyişdirilməsi, üç və daha çox uşağı olan ailələrin də bu kateqoriyaya daxil edilməsi və onlar üçün əlavə güzəştlərin tətbiqi təklif olunur.

Bəs üç və daha çox uşaqlı ailələrə dövlət dəstəyi hansı formada artırılmalıdır? Bu ailələr üçün hansı sosial güzəştlər və stimullaşdırıcı mexanizmlər tətbiq edilə bilər?

Sfera.az bildirir ki, mövzunu "AzPolitika"ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu məsələ uzun illərdir müzakirə olunur və hesab edirəm ki, Azərbaycanda çoxuşaqlı ailə anlayışına yenidən baxılmasına ehtiyac var: "Hazırda qüvvədə olan yanaşmaya əsasən, çoxuşaqlı ailə statusu beş və daha çox uşağı olan ailələrə şamil edilir. Halbuki, bu həddin üç və daha çox uşağı olan ailələrə qədər azaldılması daha məqsədəuyğun olardı. Gələn ildən üç yaşınadək uşaqlara qulluq edən valideynlərə 100 manat məbləğində aylıq ödənişin verilməsi nəzərdə tutulur.

Eyni zamanda, uşağın doğulmasına görə ödənilən birdəfəlik müavinətin əvvəlki 600 manat əvəzinə 1500 manata çatdırılması planlaşdırılır. Bunlar sosial müdafiənin gücləndirilməsi və ailələrə əlavə dəstəyin göstərilməsi baxımından müsbət addımlardır. Xüsusilə uşağın dünyaya gəldiyi ilk dövrdə ailələrin əlavə xərclərinin artdığını nəzərə alsaq, bu ödənişlərin müəyyən dəstək rolu oynayacağı gözlənilir. Amma düşünürəm ki, görülən tədbirlərlə kifayətlənmək olmaz. Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi, üç və daha çox uşağı olan ailələrin bu kateqoriyaya daxil edilməsi, onlar üçün kommunal xidmətlər, təhsil, səhiyyə və digər sahələrdə müəyyən güzəştlərin tətbiqi məsələsi də gündəmə gətirilməlidir. Eyni zamanda, belə ailələrə ünvanlı sosial dəstəyin genişləndirilməsi, uşaqların sayına uyğun əlavə müavinətlərin verilməsi imkanları araşdırılmalıdır".

Ekspertin sözlərinə görə, ailələrin daha çox uşaq sahibi olmaq qərarına təsir edən əsas amillərdən biri də onlar

ın gələcəkdə həmin uşaqların maddi təminatını necə həyata keçirəcəkləri ilə bağlı narahatlıqlarıdır: "Gündəlik yaşayış xərclərinin artdığı bir şəraitdə ailələrə yalnız birdəfəlik ödənişlərlə dəstək göstərmək kifayət etmir.

Burada uzunmüddətli və sistemli sosial dəstəyə ehtiyac var. Əgər ölkədə doğum səviyyəsinin qorunması və demoqrafik vəziyyətin yaxşılaşdırılması qarşıya məqsəd qoyulubsa, çoxuşaqlı ailələrə münasibətdə daha geniş sosial dəstək mexanizmləri hazırlanmalıdır. Çünki demoqrafik problemlərin əlamətləri artıq özünü göstərməyə başlayır və bu məsələyə indidən diqqət yetirmək vacibdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR