Logo

Azərbaycanda maaş fərqi: çox və az əməkhaqqı alanlar

Azərbaycanda maaş fərqi: çox və az əməkhaqqı alanlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda sahələr üzrə əməkhaqqı səviyyəsi eyni deyil. Sahələrdən asılı olaraq maaş fərqinin ciddi olduğu görünür. Bəzi sektorlarda orta aylıq əməkhaqqı 4 min manatı ötür, digərlərində isə bu məbləğ 800 manata belə çatmır. Bu fərq əmək bazarında sahələr üzrə gəlir bölgüsünü ciddi fərqləndiyini göstərir.

Bəs Azərbaycanda ən yüksək və ən aşağı maaş hansı sahələrdədir?

Sfera.az Dövlət Statistika Komitəsinin 2026-cı il oktyabrın 1-nə olan məlumatına əsasən xəbər verir ki, Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib.

İqtisadi fəaliyyət sahələri üzrə ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə göstərici 4224,8 manat olub. Maliyyə və sığorta fəaliyyətində orta aylıq əməkhaqqı 3026 manat, informasiya və rabitə sahəsində 2109,9 manat, peşə, elmi və texniki fəaliyyətdə 1915,3 manat təşkil edib.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1750 manat, nəqliyyat və anbar təsərrüfatında 1604,2 manat, digər sahələrdə xidmətlərin göstərilməsində 1471,7 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1271,9 manat, tikintidə 1251 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq əməkhaqqı 1214,8 manat olub.

Digər sahələrdə orta əməkhaqqı respublika üzrə orta maaş səviyyəsindən aşağıdır. Həmin sahələr bunlardır: emal sənayesi (1072,2 manat), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (965,3 manat), istirahət, əyləncə və incəsənət sahəsi (896,8 manat), təhsil (827,7 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (823,2 manat), turistlərin yerləşdirilməsi və ictimai iaşə (794,1 manat), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi (785,6 manat), ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi (762,9 manat).

Ən aşağı orta aylıq əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sektorda çalışanların orta aylıq nominal əməkhaqqı 745,3 manat təşkil edib.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər olub. Onların 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İşçilərin 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi isə səhiyyə və sosial xidmətlər sahəsində çalışıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR