Logo

Fərhad Qaraşov yenidən Nar İstehsalçıları Assosiasiyasının sədri seçildi

Fərhad Qaraşov yenidən Nar İstehsalçıları Assosiasiyasının sədri seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının növbəti dörd il üçün yeni İdarə Heyəti formalaşdırılıb.

Sfera.az xəbər verir ki, Fərhad Qaraşov yenidən İdarə Heyətinin sədri seçilib.

“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Böyükağa Mustafayev, “Azərsun” Holdingin Kənd Təsərrüfatı şöbəsinin direktoru Bayram Mavis, “Mars FK LTD” MMM-in direktoru Seymur Cəbrayılov, “Agrofront” şirkətinin direktoru Rüfət Xələfov, “Red Valley” və “Red Paradise” şirkətinin direktoru Rəşad Şirinov, “Azorganik” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativinin təsisçisi Faiq Osmanlı və Sahibkar Fərhad Qaraşov İdarə Heyətinin üzvləri olub.

Sahə iştirakçılarının təcrübəsini bir araya gətirən yeni İdarə Heyəti Azərbaycan narçılığının davamlı inkişafı, istehsalçı və ixracatçıların maraqlarının təmsil olunması, eləcə də yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində çalışacaq.

Fotolar7
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR