Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb

Rabitəbankın ipoteka portfeli 200 milyon manatı ötüb
Kateqoriya məlum deyil
T

Son dövrlərdə mənzil maliyyələşdirilməsinə tələbatın davam etməsi Rabitəbankın ipoteka kredit portfelinin dinamikasında da əksini tapıb. Bankın bu istiqamət üzrə ümumi kredit portfeli 200 milyon manatı ötüb.

Mövcud portfel müxtəlif ipoteka maliyyələşdirilməsi istiqamətlərini əhatə edir. Portfelin 138 milyon manatı adi ipoteka kreditinin, 38 milyon manatı güzəştli ipoteka kreditinin, 13,5 milyon manatı isə güzəştli MİDA ipoteka kreditinin payına düşür. Bundan əlavə, 108 kredit üzrə 9,5 milyon manatlıq maliyyələşdirmə Naxçıvan İpoteka Fondunun xətti üzrə formalaşıb.

Rabitəbank ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və qiymətləndirilməsi, müvafiq sənədləşmə prosesinin təşkili və kreditlərin rəsmiləşdirilməsi üzrə xidmətlərini davam etdirir. 2026-cı ilin ilk üç rübü ərzində Rabitəbank tərəfindən 281 ipoteka krediti üzrə ümumilikdə 29 milyon manatdan çox vəsait ayrılıb. Bu göstəricilər hesabat dövründə Bankın mənzil maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi kreditləşmənin həcmini əks etdirir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR