Azərbaycan elektrik enerjisinin böyük ixracatçısına çevrilə bilər – Ekspert

Azərbaycan elektrik enerjisinin böyük ixracatçısına çevrilə bilər – Ekspert
Kateqoriya məlum deyil
T

“Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik”.


Bu fikirləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.

Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələr ixrac etdiyini söyləyən dövlət başçısı bildirib: “Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik. Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”.


Bəs Azərbaycan hansı ölkələrə elektrik enerjisi sata bilər? Texniki imkanlar hansı ölkələrə satmağa imkan verir?


Bu haqda iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib. O, Azərbaycanın elektrik enerjisi ixracatçısına çevrilmək üçün kifayət qədər geniş imkanlara sahib olduğunu açıqlayıb:


“Məlumdur ki, elektrik enerjisi istehsalında ən çox təbii qazdan istifadə olunur və Azərbaycan da təbii qaz hasilatçısıdır. Böyük elektrik enerjisi ixracatçısına çevrilə bilmək üçün Azərbaycan təbii qaz ilə yanaşı, həm də bərpa olunan enerji mənbələrinə sahibdir. Azərbaycan hazırda da qonşu ölkələrə az həcmdə olsa da elektrik enerjisi ixracatçını həyata keçirir. Hazırda Azərbaycanın Gürcüstan, Türkiyə, Rusiya və İran ilə birbaşa sinxron iş rejimində işləyən yüksək gərginlikli elektrik verilişi xətləri mövcuddur. Gürcüstan və Türkiyə ilə mövcud 400-500 kilovoltluq xətlər vasitəsilə ildə milyardlarla kilovat-saat elektrik enerjisi maneəsiz ötürülə bilir. Eyni zamanda, Rusiya və İranla birgə yaradılan "Şimal-Cənub" enerji dəhlizi də enerjinin` mübadiləsinə və satılmasına imkan verir”.


Ekspert Azərbaycanı böyük ixracatçıya çevirəcək əsas texniki sıçrayışın nə olacağını açıqlayıb:


“Hesab edirəm ki, bu, Avropa İttifaqı istiqaməti ola bilər. Çünki, Avropa bazarı elektrik enerjisinə tələbat baxımından çox böyük bazardır. Burada elektrik enerjisinə hər zaman və ən əsası da yüksək qiymətə tələbat olur. Xüsusən nəzərə alsaq ki, Rusiyanın enerji asılılığından azad olmağa çalışan Avropanın, alternative enerji mənbələrinə, süsusən də elektrik enerjisinə böyük ehtiyacı var. Bu səbəbdəndir ki, Avropanın da dəstəklədiyi çox böyük 2 layihə üzərində işlər aparılır. Bunlardan birincisi, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizidir. Bu layihə Gürcüstan və Qara dənizin dibi ilə çəkiləcək 1195 kilometrlik sualtı kabel vasitəsilə Rumıniya və Macarıstana birbaşa çıxış təmin edəcək. Bu texniki xətt ilkin mərhələdə Avropaya 4 QVt (4000 MVt) gücündə yaşıl enerji ötürmək imkanına malikdir. İkinci strateji xətt isə Naxçıvan üzərindən Türkiyəyə uzanır. Cəbrayıldan başlayan yeni xətt vasitəsilə Türkiyə bazarına və oradan Avropa şəbəkəsinə əlavə 1 QVt (1000 MVt) güc ötürülməsi planlaşdırılır. Mətbuatda yer alan məlumatlardan belə görünür ki, bu layihə ilə bağlı Ermənistan ilə də bəzi görüşmələr həyat keçirilib. Əlbəttə həyta keçirilən layihələr realaşarsa ölkəmiz Mərkəzi Asiyanın, xüsusən Qazaxıstan və Özbəkistanın yaşıl enerjisini də Xəzərin dibi ilə qəbul edib Avropaya tranzit ötürəcək bir qovşaq rolunu üzərinə götürə bilər. İstehsal gücünə gəldikdə isə, ölkədə tikilən irimiqyaslı günəş və külək elektrik stansiyaları daxili tələbatı tam ödəyərək, ənənəvi qaz stansiyalarında yığılan enerjinin ixracına böyük həcmdə sərbəst resurs yaradır. Bu baxımdan hesab edirəm ki, texniki potensial və coğrafi mövqe Azərbaycanın qısa zamanda əsas elektrik təchizatçısına çevrilə bilər”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR