İngiltərədə ev almaq asanlaşır: Ucuz kredit veriləcək

İngiltərədə ev almaq asanlaşır: Ucuz kredit veriləcək
Kateqoriya məlum deyil
T

Böyük Britaniya hökuməti ilk dəfə ev alanların yeni ev sahibi olmasını asanlaşdırmaq üçün ucuz kredit proqramına başlayacaq.

Sfera.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, "İlk Eviniz" adlanan proqram ev almaq istəyənlərə illik 2,5% faiz dərəcəsi ilə kapital krediti təklif edəcək.

Proqramın təfərrüatları maliyyə naziri Con Hili (John Healey) tərəfindən gələn ay açıqlanacaq.Proqramın digər dövlət büdcələrindəki kəsintilər hesabına maliyyələşdirilməsi planlaşdırılır. Həmçinin mənzil inşaatçıları da xərclərə öz töhfələrini verəcəklər. Kreditlər ilkin mərhələdə faizsiz olacaq.Bu layihə 2013–2023-cü illərdə davam etmiş "Almağa Kömək" (Help to Buy) proqramının yenilənmiş versiyası olacaq.

Baş nazir Endi Börnhem (Andy Burnham) bildirib ki, məqsəd mənzil xərclərinin yüksək olması səbəbindən ev sahibi olmaqda çətinlik çəkən gəncləri dəstəkləməkdir.

Qeyd edək ki, İngiltərə ev qiymətlərinin ən yüksək olduğu ölkələrdən biridir. Burada orta mənzil qiyməti 293 000 funt-sterlinq (təxminən 665 000 manat) təşkil edir. Ölkədə daşınmaz əmlak bazarı coğrafi yerləşməyə, ipoteka faizlərinə və əmlakın növünə görə kəskin fərqlənir. London və ölkənin cənub bölgələri ən baha regionlar hesab olunduğu halda, şimal bölgələrində qiymətlər xeyli münasibdir.

İngiltərədə mənzil qiymətlərinin bu qədər yüksək olması səbəbindən vətəndaşlar, xüsusilə də gənclər ev almaqda böyük çətinlik çəkirlər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR