Logo

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 000 AZN-dək nağd krediti 5%-dək endirimlə və zaminsiz əldə edə bilərlər.

Kampaniyanın diqqətçəkən üstünlüklərindən biri kredit müraciətinin sadələşdirilmiş proseslə həyata keçirilməsidir. Rəsmiləşdirmə zamanı əlavə sənədlər tələb olunmur, müraciət isə onlayn və ya oflayn qaydada operativ şəkildə edilir. Beləliklə, müştərilər kredit üçün müraciət prosesinə daha az vaxt sərf edərək ehtiyac duyduqları maliyyə imkanına daha rahat çıxış əldə edirlər.

Kredit müraciətini Birbank mobil tətbiqi vasitəsilə onlayn şəkildə etmək mümkündür. Bununla yanaşı, müştərilər Birbank çatı, 196 Əlaqə Mərkəzi vasitəsilə, eləcə də istənilən Kapital Bank/Birbank filialına yaxınlaşaraq fürsətdən yararlana bilərlər.

Birbank bu kampaniya ilə hərbçilərə daha əlçatan və sərfəli maliyyə həlli təqdim etməyi hədəfləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR