ABŞ-də dizel bahalaşır: Litri 3 manata çatıb

ABŞ-də dizel bahalaşır: Litri 3 manata çatıb
Kateqoriya məlum deyil
T

ABŞ-də pərakəndə qaydada satılan dizel yanacağının qiyməti ilk dəfə olaraq qallon üçün 6,5 dolları ötüb.

Sfera.az xəbər verir ki, bir qallon 3,78 litrə bərabərdir.

Bu bahalaşmadan sonra ABŞ-də bir litr dizel yanacağının qiyməti 1,72 dollar (2,92 manat) təşkil edib.

ABŞ-də qiymət artımı sentyabr ayından sürətlənib və bu ay ərzində dizelin qiyməti 87 sentdən çox artıb. Qiymətlər demək olar ki, hər gün yüksələrək 2022-ci ildə müşahidə olunan pik həddi keçib.

Qlobal dizel təchizatı ABŞ–İran gərginliyi səbəbindən azalıb.

Hörmüz boğazından tankerlərin keçidinə qoyulan məhdudiyyətlər isə təklifi daha da azaldır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR