Pulumuz hara gedir? - Adambaşına xərclər 700 manata çatdı

Pulumuz hara gedir? - Adambaşına xərclər 700 manata çatdı
Kateqoriya məlum deyil
T

Azərbaycan əhalisinin aylıq adambaşına düşən istehlak xərcləri 700 manata çatıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-ci ilin yanvar-avqust aylarını əhatə edən dövrdə bir istehlakçı orta hesabla ayda 691,7 manat pul xərcləyib.

Bu məbləğ 2025-ci ilin eyni dövrü ilə müqayisədə 63,3 manat çoxdur. Əvvəlki ildə adambaşına düşən aylıq istehlak xərci 628,4 manat idi. Müqayisə göstərir ki, bazar qiymətləri ilə adambaşına istehlak xərci bu il 10,1 faiz artıb.

Bəs əhali bu pulu nəyə xərcləyib?

Rəsmi məlumatlara əsasən, əhalinin adambaşına düşən xərcin 293,1 manatı (42,4 faiz) ərzağa, 245,5 manatı (35,5 faiz) qeyri-ərzaq mallarına, 153,1 manatı (22,1 faizi) pullu xidmətlərin alınmasına sərf olunub.

Bir il əvvəl əhalinin ərzaq xərcləri 271,4 manat, qeyri-ərzaq xərcləri 222,2 manat, pullu xidmətlərə çəkilən xərc isə 134,8 manat idi.

Bu il ərzaq xərclərində adambaşına 21,7 manat, qeyri-ərzaqda 23,3 manat, pullu xidmətlərdə 18,3 manat artım qeydə alınıb.

Müqayisə göstərir ki, əhalinin qeyri-ərzaq xərclərində artım daha sürətli olub.

Bu rəqəmlərə əsasən, 4 nəfərlik bir ailə bu il hər ay istehlak məqsədilə 2767 manat xərcləyib. Ötən il xərclər 2514 manat idi. Bir ildə xərclərdə 253 manat artım var.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR