2013-cü ilin rekordu yenilənəcək? - Ən böyük büdcə gələn il ola bilər

2013-cü ilin rekordu yenilənəcək? - Ən böyük büdcə gələn il ola bilər
Kateqoriya məlum deyil
T

Azərbaycanın dövlət büdcəsinin xərclər hissəsinin böyüklüyünə görə gələn il rekord göstərici qeydə alına bilər.

Sfera.az xatırladır ki, indiyə qədər ABŞ dolları ilə ifadədə Azərbaycanın ən böyük büdcəsi 2013-cü ildə olub. Həmin ildə xərclər hissəsi 24,4 milyard dollar təşkil edib.

Sonrakı illərdə büdcə xərcləri azaldılıb və dollar/manat kursunun dəyişməsinə görə büdcənin dəyəri aşağı düşüb.

Dövlət büdcəsinin xərcləri 2017-ci ildə 10,22 milyard dollara qədər azalıb. Sonrakı illərdə tədricən büdcə xərcləri artıb və 2020-ci ildə 15,5 milyard dollara, 2025-ci ildə 22,7 milyard dollara çatıb. 2026-cı ildə isə dövlət büdcəsinin xərcləri 24 milyard dollar olmalıdır.

Göründüyü kimi, 2014-2026-cı illərdə dövlət büdcəsinin xərcləri 2013-cü il səviyyəsinə qayıda bilməyib.

Proqnozlara əsasən, 2027-ci ildə müstəqillik dövrünün ən böyük büdcəsinin olması ehtimalı var. Belə ki, proqnoza əsasən, dövlət büdcəsinin xərcləri gələn il 42,4 milyard manat, yəni, 24,94 milyard dollar olmalıdır. Proqnoz özünü doğruldarsa gələn il Azərbaycan tarixinin ən böyük büdcəsinə sahib olacaq.

Büdcənin nəzərdə tutulan qədər olması üçün neft və qaz qiymətlərinin yüksək olması vacibdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR