Azərbaycan Türkiyədən geyim idxalına çəkilən xərcləri 33 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 43,538 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
Sfera.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.
Avqustda Türkiyə Azərbaycana 7,132 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 16,1 % çoxdur.
Yanvar-avqust aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % azalaraq 10,968 milyard ABŞ dollarına, avqustda isə 6,9 % artaraq 1,414 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox geyim idxalını Almaniya (1 milyard 611 milyon ABŞ dolları dəyərində, 1 il əvvələ nisbətən 12,8 % az), Niderland (1 milyard 272 milyon ABŞ dolları, 5,9 % az) və İspaniya (1 milyard 177 milyon ABŞ dolları, 4,8 % çox) həyata keçirib.






