Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndərildi

Azərbaycandan Ermənistana 977 ton dizel yanacağı göndərildi
Kateqoriya məlum deyil
T

Azərbaycandan Ermənistana neft məhsullarının və tranzit yüklərin növbəti partiyası yola salınıb.

Sfera.az xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçirilib.

5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət, çəkisi 138 ton olan taxta Böyük Kəsik istiqamətinə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR