“YouTube"dən xəbərdarlıq: Qiymətlər artacaq

“YouTube"dən xəbərdarlıq: Qiymətlər artacaq
Kateqoriya məlum deyil
T

Məşhur video platforması “YouTube”, ABŞ-də tətbiq etdiyi qiymət artımından sonra Avropa bazarında da “Premium” paketlərinin qiymətlərini yüksəldə bilər.

Sfera.az xəbər verir ki, müxtəlif forumlarda istifadəçilərin paylaşdığı bildirişlərdə qiymət artımının həm fərdi, həm də ailə paketlərinə şamil olunacağı qeyd edilib.

İtaliya və Portuqaliyadakı istifadəçilərə göndərilən bildirişlərə görə, fərdi “Premium” abunəliyinin qiyməti 17,99 avrodan 20,99 avroya, ailə paketinin qiyməti isə 29,99 avroya yüksələ bilər.

Finlandiyada isə fərdi planın qiymətinin 14,99 avrodan 16,99 avroya qaldırılacağı bildirilib.

Qeyd edək ki, “YouTube” ABŞ-də “Premium” abunəliyinin qiymətini aprel ayında 15,99 dollara yüksəldib. Avropada gözlənilən yeni artımın şirkətin qlobal gəlirləri artırmaq strategiyasının bir hissəsi olduğu ehtimal edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR