BƏƏ İranla bütün iqtisadi əlaqələri dayandırdı

Kateqoriya məlum deyil
T
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət, iqtisadi fəaliyyətlər və maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırdığını açıqladı.
Sfera.az xəbər verir ki, bu qərar İrandan qaynaqlandığı bildirilən iki ballistik raketin dəniz naviqasiyasını hədəf almasından sonra verilib.
Bununla bağlı məlumatı BƏƏ Xarici İşlər Nazirliyi açıqlayıb.
Qərarın əhatə dairəsi və tətbiqi ilə bağlı hələlik heç bir təfərrüat paylaşılmayıb.
Bu açıqlama BƏƏ Müdafiə Nazirliyinin İrandan qaynaqlandığı müəyyən edilən iki ballistik raketin dəniz naviqasiyasını hədəf alaraq dənizə düşdüyünü bildirməsindən sonra verilib.
Vasif






