Neft qiymətlərində ciddi artım müşahidə olunur

Neft qiymətlərində ciddi artım müşahidə olunur
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı yeni qərarı qlobal neft bazarında ciddi qiymət artımına səbəb olub.

Sfera.az xəbər verir ki, ABŞ-nin İran gəmilərinə qarşı tətbiq etdiyi blokadanı yenidən qüvvəyə mindirməsi və boğazdan keçən digər yük gəmilərinə də ödəniş şərti qoyması fonunda neftin qiyməti sürətlə bahalaşıb.

Məlumata görə, WTI markalı xam neftin bir bareli 79 dolları, Brent markalı neft isə 84 dolları ötüb. Bununla da hər iki etalon neft növü üzrə həftəlik qiymət artımı 10 faizi keçib.

Donald Tramp bildirib ki, ABŞ-nin Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün gördüyü tədbirlərdən faydalanan ölkələr bunun qarşılığında ödəniş etməlidirlər. O, boğazdan keçən yük daşımalarına görə 20 faiz həcmində ödəniş tələb ediləcəyini açıqlayıb.

ABŞ Prezidentinin sözlərinə görə, bu qayda xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt kimi ölkələrə şamil olunacaq. Yeni blokada bu gündən etibarən qüvvəyə minir.

Qeyd olunub ki, sözügedən addımlar Vaşinqton və Tehran arasında yenidən alovlanan qarşıdurma fonunda atılıb. ABŞ İranın dəniz daşımalarına təsir imkanlarını məhdudlaşdırmağa çalışdığı halda, Tehran da bölgədəki ABŞ müttəfiqlərinə qarşı addımlarını gücləndirib.

Bundan başqa, Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketini də dəstəkləyəcəyini açıqlayıb. Mərhum senator Lindsi Qrehemin təşəbbüsü ilə hazırlanan qanun layihəsi Rusiyadan neft və təbii qaz alan ölkələrə qarşı cəza tədbirlərinin yenidən tətbiqini nəzərdə tutub.

Bu qərarların qlobal enerji bazarında qiymət dalğalanmalarını daha da artıracağı və geosiyasi gərginliyi dərinləşdirəcəyi gözlənilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ