AMB-ə yeni səlahiyyət verilir

AMB-ə yeni səlahiyyət verilir
Kateqoriya məlum deyil
T

Azərbaycanda kraudfandinq platforması operatorunun nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi Mərkəzi Bankın (AMB) razılığı əsasında mümkün olacaq.

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, payın əldə edilməsindən əvvəl operator icazə almaq üçün AMB-yə ərizə təqdim etməlidir.

Mühüm iştirak payını əldə edəcək fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbəri (üzvləri) vətəndaş qüsursuzluğu tələbinə cavab verməli, onun barəsində cinayət-hüquqi tədbirlərin görülməsi, iflas prosedurunun başlanılması və ya müflis elan olunması faktı olmamalı (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərləri), mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmalı, habelə mühüm iştirak pay sahibinin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsas verən faktlar olmamalı, iddiaçı kraudfandinq kampaniyası başa çatmamış layihənin sahibi və ya benefisiar mülkiyyətçisi olmamalıdır.

Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 təqvim günü ərzində baxılır. Həmin müddətdə AMB ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə ərizəyə müsbət baxılmış hesab edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR