"Bu qədər insan 2500 manatdan yuxarı maaş alır"

"Bu qədər insan 2500 manatdan yuxarı maaş alır"
Kateqoriya məlum deyil
T

"Azərbaycan əhalisinin əməkhaqqı 2500 manatdan yuxarı olan hissəsi əhalinin 5,5 faizini əhatə edir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, 1,5 milyon nəfəri 2500 manatdan aşağı maaş alır:

 

"Bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır. Azərbaycanda əhalinin 36%-nin kənd təsərrüfatında çalışması qeyd olunsa da, onların ÜMD-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağı çəki hesab olunur".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR