Leobank “Felis 2026”da qızıl mükafat qazanıb
Unibankın mobil bankçılıq xidməti olan Leobank “Felis 2026” mükafatının qalibi olub. Leobankın “Leo Pride” kartlar ailəsini təqdim edən reklam çarxı “İstehlakçı xidmətləri və B2B” (Consumer Service and B2B) kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.
Felis Mükafatları reklam və marketinq sahəsində effektivliyi, yaradıcılığı və diqqətçəkən ideyaları ilə seçilən layihələri qiymətləndirən nüfuzlu mükafat proqramıdır. Mükafat noyabrın 4-də İstanbulda “Brand Week Istanbul” çərçivəsində keçirilən mərasimdə təqdim olunub.
Qızıl mükafat qazanan reklam çarxında “Leobank”ın kartlar ailəsi — Biznes kartı, Qara kart, Prime kart və Uşaq kartı təqdim olunur. “Leo Pride” konsepsiyasına uyğun olaraq, çarxda şir ailəsinin hər bir üzvü gündəlik həyatının müxtəlif məqamlarında öz ehtiyaclarına uyğun Leobank kartından istifadə edir. Video həm kartların üstünlüklərini, həm də Leobank mobil tətbiqinin rahatlığını dinamik və yaradıcı formada əks etdirir.
Bu mükafat Leobankın məhsul və xidmətlərini fərqli və yaradıcı kommunikasiya ilə təqdim etmək istiqamətində gördüyü işlərin növbəti uğurlu nəticəsidir.






