Lahıcda bu ənənə 7 nəsildir yaşadılır - FOTOLAR

Kateqoriya məlum deyil
T
İsmayıllı rayonunun Lahıc qəsəbəsində misgərlik qədim peşələrdən biri kimi bu gün də yaşadılır.
Sfera.az xəbər verir ki, qəsəbənin tanınmış misgəri Hacı Gülməmmədin sözlərinə görə, onun ailəsində bu sənət 7 nəsildir nəsildən-nəsilə ötürülərək qorunub saxlanılır.
O bildirir ki, Lahıcda misgərlik təkcə peşə deyil, həm də bölgənin mədəni irsini yaşadan ənənədir. Bu sənətlə məşğul olan ustalar qədim üsullarla müxtəlif mis məmulatları hazırlayaraq həm yerli sakinlərə, həm də turistlərə təqdim edirlər.
Qeyd edək ki, Lahıc misgərlik məktəbi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və hazırda da ustalar tərəfindən yaşadılmaqda davam edir.
Niyaz Hacıyev
Sfera.az









