Vergi ilə bağlı 2 istiqamətdə güzəşt olacaq

Vergi ilə bağlı 2 istiqamətdə güzəşt olacaq
Kateqoriya məlum deyil
T

"Qeyri-neft-qaz özəl sektorda əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib".

 

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

Nazir nəzərə çatdırıb ki, 2500 manatadək əməkhaqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır.

 

M.Cabbarov qeyd edib ki, iqtisadi artıma və biznesə vergi güzəştləri davam etdirilir:

 

"İqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir. Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı sektoru və s. bu kimi istiqamətlərdə çoxsaylı vergi güzəştləri qüvvədədir. Növbəti büdcə paketində isə təkcə iki böyük güzəşt istiqamətini göstərmək kifayətdir. Bunlar Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi və ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılmasıdır".

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR