Neftin ucuzlaşması Azərbaycanın gəlirlərini azaldır

Neftin ucuzlaşması Azərbaycanın gəlirlərini azaldır
Kateqoriya məlum deyil
T

Cari ilin ilk 10 ayında 20 milyon 754 min 593.06 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları satılıb. İxrac edilən nefin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.89% çox, dəyəri isə 14.97% azdır.

 

Rəqəmlərdən görünür ki, Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlər azalır. Bəs neft gəlirlərindəki 15%-ə yaxın azalma Azərbaycan üçün hansı iqtisadi risklər yaradır? Növbəti il üçün bu göstəricilər hansı şəkildə dəyişə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, bu proses hələ ki, Azərbaycan üçün risk yaratmır.

 

Onun sözlərinə görə, Azərbaycanın ixrac olunan ümumi məhsullarının dəyəri ilə idxal olunanlar arasında fərq getdikcə azalır. Ekspert bunun arzuolunmaz dəyişiklik olduğunu dedi:

 

“Artıq bu rəqəm 2 milyarddan da azdır. Bunun səbəbi Azərbaycanın əsas ixrac gəlirlərinin neft və qaz gəlirlərindən ibarət olmasıdır. Bu gəlirlər azaldıqca idxalımızın ixracımızı üstələməsi riski yarana bilər. Bu, həqiqətən iqtisadiyyat üçün neqativ təsirlərə malik olacaq”. 

 

 

İqtisadçı nəzərə çatdırıb ki, 2025-ci ildə neft istehsalında təxminən 1,4 milyon ton azalmanı görəcəyik:

 

“Neft azalırsa, təbii ki, onun ixracı azalır. İxrac da azalanda və xarici bazarlarda qiymət düşəndə demək gəlir də azalır”. 

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR