Probasiya məmuru Göyçayda yüzlərlə insanı işsiz qoydu - İDDİA

Probasiya məmuru Göyçayda yüzlərlə insanı işsiz qoydu - İDDİA
Kateqoriya məlum deyil
T

Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tərlan Əhmədzadənin həkətləri nəticəsində Göyçay şəhərində yerləşən "Aznar" QSC-nin istehsal müəssisəsinin fəaliyyəti dayandırılıb. 


Bununla bağlı iddia Sfera.az saytının redaksiyasına daxil olan şikayətdə əksini tapıb. 


Şikayət məktubunda qeyd olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 12.06.2025-ci il tarixli 2-2(107)-96/2025 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətindən 1.503.837.5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı “Qara Çay” Şirkətinə ödənilməsi, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissəsində qismən, yəni cavabdeh “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətindən əlavə görülən işlərə görə tələb olunan pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbi həmin hissədə də təmin edilib, əlavə görülən işlərə görə tələb olunan 1312421 (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti cavabdeh “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Qara Çay” Şirkətinə ödənilməsi qət edilib. 

 


Sözügedən icra vərəqəsi icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilib. 


Şikayət məktubunda bildirilir ki, "İcraata başlamaq haqqında" 08.09.2025-ci il tarixli qərar əsasında Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tərlan Əhmədzadə Şəki Apellyasiya Məhkəməsinin 12.06.2025-ci il tarixli 2-2(107)-96/2025 saylı icra vərəqəsinin icraatına başlayıb, "Kənd" MMC-nin adına daşınar və daşınmaz əmlakların, eləcə də bank hesablarında pul vəsaitinin olub-olmamasını müəyyən etmək üçün sorğular verib, heç bir əmlakın və pul vəsaitinin olmamasını müəyyən edib, bununla kifayətlənməyən icra məmuru "Kənd" MMC-nin hüquqi ünvanı olan Göyçay şəhəri Natəvan küçəsi 118 ünvana baxış keçirib, qiymətli hər hansı bir əşya, avadanlıq aşkar etməyib.


İddiaya əsasən, bundan sonra Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tərlan Əhmədzadə qanunsuzluq və özbaşınalıq edərək, "Aznar" QSC-nin fəaliyyət göstərdiyi və hüquqi ünvanı olan Göyçay şəhəri Natəvan küçəsi 120 ünvanında yerləşən istehsal yerinə, eləcədə istehsal olunan malların saxlandığı anbara basqın edərək baxış keçirib və malları, eləcə də avadanlıqları siyahıya alıb, bundan sonra istehsal yerini, eləcə də malların saxlandığı anbarı möhürləyib və 120 nəfər işçinin işlədiyi müəssisənin fəaliyyətini dayandırıb.


Şikayət məktubunda qeyd edilənlərə görə, icra məmuru etdiyi qanunsuzluğa belə don geyindirib ki, "Kənd" MMC-nin təsisçisi "Aznar" QSC-dir, "Kənd" MMC-nin adına hər hansı daşınar və daşınmaz əmlak, eləcə də bank hesabında hər hansı vəsait olmadığından təsisçinin əmlakının üzərinə həbs qoyulur:

 

 

"Halbuki, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

İstinad edilən maddələrin tələbindən göründüyü kimi təsisçi, təsis etdiyi hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımır. 
Buradan da aydın olur ki, icra məmuru Tərlan Əhmədzadə qanunun tələblərini pozub, əsassız və qanunsuz olaraq "Aznar" QSC-nin fəaliyyət göstərdiyi əraziyə daxil olaraq əmlakları siyahıya alıb".


Şikayət məktubunda göstərilir ki, siyahıya alma zamanı 2 otaq və sanuzeldən ibarət modul tipli evə və evin içərsində olan "Gree" markalı 1 ədəd kondisionerə, 1 ədəd "Arcelik" markalı 2 qapılı soyuducuya, 6 ədəd şkafa, 6 ədəd stula, 1 ədəd qabaq stoluna, mətbəx mebelinə, 2 mərtəbəli çarpayıya, 1 ədəd unitaza, 1 ədəd duş kabininə, 1 ədəd "Shturman" markalı işıq tənzimləyicisinə (YUPEYS), qeyd olunanlardan əlavə baxış keçirilən ərazidə 1 ədəd 400 KV olan transformatoruna, 1 ədəd günəş panelinə, HP markalı 1 ədəd monitora, 1 ədəd "İCECOLD" markalı soyuducu kontinerinə, 1 ədəd adi soyducu kontinerinə, əlavə olaraq 1 ədəd kontiner və hazır məhsul anbarında qablaşdırılan 0,5 litr həcmli 40788 ədəd “Aria” markalı təbii sulara, 19152 ədəd 0,33 litr həcmli “Fruitme” markalı şaftalı meyvə şirələrinə, 17784 ədəd 0,33 litr həcmli “Fruitme” markalı portağal meyvə şirələrinə, 38304 ədəd 0,33 litr həcmli “Fruitme” markalı çiyələk meyvə şirələrinə, 31320 ədəd 0,5 litr həcmli “Moxito” markalı sulara, 0,5 litr həcmli 24336 ədəd “Bubble” markalı şirələrə, 11.460 ədəd 0,150 litr həcmli “Tulti fruit” şirələrinə, 11.688 ədəd 0,5 litr həcmli “Jumo” markalı alma şaftalı meyvə şirələrinə, 3840 ədəd 0,5 litr həcmli "Jumo" markalı manqo portağal şirələrinə, 13.440 ədəd 0,5 litr həcmli "Jumo" markalı nar moruq meyvə şirələrinə, 6288 ədəd 0,5 litr həcmli "Jumo" markalı multimeyvə şirələrinə, 12.704 ədəd 0,75 litr həcmi “nar” meyvə şirələrinə, 1088 ədəd “tərxun” meyvə şirələrinə, 256 ədəd “duşes” meyvə şirələrinə, 240 ədəd 1 litr həcmli nar şirələrinə, 408 ədəd “Satrux mix” meyvə şirələrinə və 6 ədəd 10 tonluq çənlər üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edib.


Məlumata görə, Göyçay Rayon Məhkəməsi yuxarıda qeyd edilən əmlakların üzərinə həbs qoyulması barədə 30.10.2025-ci il tarixdə qərardad qəbul edib. Həmin qərardaddan "Kənd" MMC tərəfindən şikayət verilib, hazırda iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır.

 


Şikayət tərəfinin iddiasına əsasən, icra məmuru Tərlan Əhmədzadənin qanunsuzluğu, qərəzliliyi açıq-aşkar görünür:

 

"Əgər belə olmasaydı məhkəmə tərəfindən siyahıya alınmış əmlakların üzərinə həbs qoyulmadan, eləcə də məhkəmə qərardadı qanuni qüvvəsini almadan özbaşnalıq edərək "Aznar" QSC-nin fəaliyyətini dayandırmazdı.
Sual yaranır ki, əgər icra məmurunun məhkəmə qərardadı olmadan əmlakların üzərinə həbs qoyulması barədə qərar qəbul etmək səlahiyyəti var idisə, bəs nə üçün siyahıya aldığı əmlakların üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət edib? Yox əgər səlahiyyəti yoxdursa, bəs onda hansı əsasla məhkəmə qərardadı olmadan siyahıya aldığı əmlakların üzərinə həbs qoyur və "Aznar" QSC-nin fəaliyyətini dayandırır, eləcə də əraziyə Göyçay Regional Mühafizə Polis şöbəsinin əməkdaşını da cəlb edib, işçilərin girişinə və çıxışına qadağa qoyur?"


Qeyd edək ki, "Aznar" QSC ölkədə kifayət qədər nifuz qazanan bir istehsal müəssisəsidir. Onun istehsal etdiyi meyvə şirələri, eləcə də digər içkilər Azərbaycan brendi altında dünyanın bir çox ölkəsinə ixrac edilir və ölkəmizi təmsil edir. Eləcə də ölkəmizin qeyri-neft sektorunun inkişafında da kifayət qədər töhfəsi olmuş bir müəssisədir. 


Şikayət məktubunda vurğulanır ki, bu gün həmin müəssisənin fəaliyyəti icra məmurunun, eləcə də digər aidiyyatı qurumlarının qanunsuz hərəkətləri nəticəsində demək olarki iflic olub və nəticədə çoxlu ailə çətin maddi duruma düşüb:

 

"Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən Azərbaycanın bölgələrində həyata keçirilən infrastruktur islahatlarının uğurları və qarşıdakı vəzifələr haqqında vacib mesajlar verib. Prezident bir neçə mühüm mövzuya toxunmuş və rəhbər şəxslərdən, xüsusilə yerli icra hakimiyyətlərindən daha yüksək səviyyədə peşəkarlıq, dürüstlük və sosial ədalət prinsiplərinə sadiqlik tələb etmişdir. 

Sosial ədalət prinsipinin əsas prioritetlərdən biri olduğunu qeyd edən Prezident, hər bir bölgədə insanların ədalətli bir mühitdə yaşaması üçün lazımi tədbirlərin görülməsini tələb etdi. O, kadr seçimində etibarlı və peşəkar şəxslərin seçilməsinin vacib olduğunu, həmçinin, dövlətin rəhbərlik etdiyi bölgələrdəki məmurların bu prinsipə uyğun fəaliyyət göstərməli olduqlarını bildirdi.
Cənab Prezident daha sonra çıxışında qeyd edib: "Yerlərdəki rəhbərlərdən tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir". 

 


Möhtərəm cənab Prezidentin bu çağrışına qoşulmaq əvəzinə, icra məmuru Tərlan Əhmədzadə özünə məlum olan maraq müqabilində "Aznar" QSC-nin fəaliyyətini mövsüm vaxtı faktiki olaraq dayandırıb, nəticə də iş yerlərinin bağlanmasına, yerli istehsalın qarşısını almağa zəmin yaradıb".

 

Şikayət məktubunda o da qeyd edilib ki, "Aznar" QSC-nin mülkiyyətində olan torpaq sahələrində yetişən narlar toplanaraq, istehsal olunması üçün müəssisəyə gətirilir və əldə olunan meyvə şirələri satışa çıxarılır:

 

"İcra məmurunun qanunsuz hərəkətləri nəticəsində bu gün proses həyata keçirilə bilmir və nəticədə meyvələr ağaçlarda tələf olur, müəssisəyə ciddi şəkildə maddi zərər dəyir.
Odur ki, süni surətdə yaradılan problemin aradan qaldırılmasını, müəssisənin əvvəlki faəliyyətinin bərpa edilməsini, qanun pozuntusuna yol verən məmurların cəzalandırılmasını xahiş edirik".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR