Təmirli mənzillər satışa çıxarılır - Ayda 347 manatdan

Təmirli mənzillər satışa çıxarılır - Ayda 347 manatdan
Kateqoriya məlum deyil
T

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 219 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.


Sfera.az xəbər verir ki, yeni mənzillər seçim üçün 20.11.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. 


Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə İpoteka Fondunun saytından tanış ola bilərlər.


Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.


Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.


Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8456  kirayə müqaviləsi bağlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR