Unibankın dəstəyilə uşaqlar üçün bayram tədbiri keçirildi - FOTO

Unibankın dəstəyilə uşaqlar üçün bayram tədbiri keçirildi - FOTO

Unibank 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində keçirilən tədbirə dəstək olub. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi (QUTDİB) tərəfindən keçirilən ikigünlük tədbir çərçivəsində uşaqlar üçün maarifləndirici və əyləndirici proqramlar təşkil edilib.

 

Tədbir proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən təcrid edilmədiklərini və hər zaman diqqət mərkəzində olduqlarını hiss etdirmək, onlara sevinc bəxş etmək olub.

 

Tədbir zamanı uşaqlara nağıllar oxunub, tamaşa nümayiş etdirilib, müxtəlif təlimlər keçirilib. Animatorun iştirakı ilə əyləncəli oyun və fləşmoblar, rəqslər uşaqları çox sevindirib.

 

Tədbirin sonunda sponsorların hədiyyələri uşaqlara təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...