Logo

Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” xeyriyyə aksiyası

Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” xeyriyyə aksiyası
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbüs çərçivəsində qazilərə ərzaq məhsullarından ibarət qida qutuları təqdim olunacaq.

Aksiyanın əsas məqsədi Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmış qəhrəmanlarımıza və onların ailələrinə dəstək olmaq, gündəlik ehtiyaclarının qarşılanmasına töhfə verməkdir. Zəfər Günü ərəfəsində həyata keçirilən bu təşəbbüs həm də qazilərə diqqət və ehtiramın, cəmiyyətin birlik və həmrəyliyinin ifadəsidir.

“Zəfər Payı” aksiyasına qoşulmaq və təşəbbüsə dəstək olmaq istəyən hər kəs Birbank mobil tətbiqinə daxil olaraq “Xeyriyyəçilik” bölməsi vasitəsilə və ya vizualda yerləşdirilən QR kodu oxudaraq ianə edə bilər.

Qırmızı Ürəklər Fondu hər kəsi bu təşəbbüsə qoşulmağa, qəhrəmanlarımıza və onların ailələrinə dəstək olaraq həmrəyliyimizi paylaşmağa dəvət edir.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR