Logo

Demokratların qələbəsi qiymətli kağızları bahalaşdırdı

Demokratların qələbəsi qiymətli kağızları bahalaşdırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Demokratların Konqresin hər iki palatasında qələbə qazanması səhm və istiqraz bazarlarında güclü yüksəlişə səbəb olub.

Sfera.az xəbər verir ki, ABŞ-nin S&P 500 indeksi çərşənbə günü 1,6 faiz artaraq avqust ayından bəri ən sürətli artıma nail olub. "Microsoft", "Amazon" və "Apple" şirkətlərinin hər biri isə 5 faizdən çox dəyər qazanıb.

ABŞ-dəkı aralıq seçkilərinin stimullaşdırdığı səhm rotasiyası Asiya bazarlarına da sıçrayıb. İnvestorlar regionun çip istehsalçılarından uzaqlaşaraq, Çindən Avstraliyaya qədər əvvəllər diqqətdən kənarda qalan bazarlara yönəliblər. İnvestorların məlumat mərkəzlərinə (data center) qarşı daha sərt tənzimləmə risklərini nəzərə alması səbəbindən Cənubi Koreyanın "Samsung Electronics" və "SK Hynix" şirkətlərinin səhmləri 6 faizdən çox ucuzlaşıb.

Bu satış dalğası süni intellekt əməliyyatlarının əsas göstəricilərindən biri hesab olunan Kospi indeksini 4,7 faiz gerilədib. Bunun əksinə olaraq, Çinin texnologiya və elektron ticarət şirkətlərinə böyük investisiya axını müşahidə olunub. "Tencent" və "Alibaba" 5 faizdən çox dəyər qazanıb, "Hang Seng Tech" indeksi isə fondların "Tencent", "Alibaba" və "Meituan" kimi e-ticarət platformalarına yönəlməsi ilə 5,9 faizə qədər yüksəlib.

Avstraliyanın birja indeksi 2,3 faiz, İndoneziya 2 faiz, Malayziya isə 1,2 faiz artdığı halda, MSCI Asiya Pasifik indeksi 0,1 faiz geriləyib.

Qeyd edək ki, Demokratlar Partiyasının seçki öncəsi vədlərini yerinə yetirəcəyi təqdirdə süni intellekt məlumat mərkəzlərinə qoyulan investisiyaların ciddi hüquqi və tənzimləyici əngəllərlə qarşılaşma ehtimalını xeyli artırır.

Digər tərəfdən, neft qiymətlərindəki enmənin inflyasiyanı cilovlayacağı gözləntisi fonunda ABŞ dövlət istiqrazları ardıcıl ikinci gündür ki, yüksəlişini davam etdirib. ABŞ dolları isə G-10 qrupuna daxil olan aparıcı valyutaların hamısı qarşısında dəyər itirib.

Dolların ucuzlaşması isə öz növbəsində qızılı bahalaşdırıb. Qızılın dəyəri son 3 gündə 100 dollardan çox artaraq 4100 dolları ötüb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR